Azərbaycanda daha bir şəxs 4 uşağı ilə İŞİD-ə qoşuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Azərbaycanda daha bir şəxs 4 uşağı ilə İŞİD-ə qoşuldu

Azərbaycanda daha bir şəxs 4 uşağı ilə İŞİD-ə qoşuldu

AZNEWS.INFO-nun simsar.az-a istinadən verdiyi məlumata görə, Qax rayonu Zərnə kənd sakini, 1971-ci il təvəllüdlü Abdulhəmid Zeynalabid oğlu Əliyev iki həftə əvvəl 4 nəfərdən ibarət ailə üzvlərini də götürərək Suriyaya gedib.

Kənddən bildirilib ki, onun Suriyada gedən hərbi əməliyyatlarda “İraq Şam İslam Dövləti” adlı qruplaşmaya qoşulduğu deyilir.

Qeyd edək ki, hələ 2010-cu ilin aprelində Abdulhəmid Əliyevin yaşadığı evdə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbiri aparılıb.

Bu zaman A. Əliyevin yaşadığı evdən vəhabiliyi təbliğ edən 33 ədəd müxtəlif adda dini kitab, 7 broşür və 4 ədəd audio disk aşkar edilərək götürülüb. A.Əliyev barəsində inzibati qaydada tədbir görüldükdən sonra sərbəst buraxılıb.

Mənbə: simsar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *