Jurnalistin ölümünə görə həbslər başladı
"Qəbələ”nin futbolçusu Cavid Hüseynovu facebook sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisi oğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
Musavat.com-un əldə etdiyi məlumata görə, "Qəbələ"nin sabiq kapitanının həbs edilən yaxın qohumunun (bibisioğlu) ad-soyadı Elşən ismayılovdur. O da peşəkar idmançıdır, bəzi komandaların əvəzedici heyətində oynayıb.
Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.
Mənbə:> Musavat.com