Məktəbi bitirməyənlərə fürsət
Bu gündən etibarən mayın 15-dək əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
ANS PRESS-in məlumatına görə, eksternat imtahanları Bakıdakı 45 nömrəli tam orta məktəbdə reallaşacaq. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər.
İmtahana qeydiyyat aprelin 1-dən 20-dək aparılıb və ərizələri BŞTİ tərəfindən qəbul olunmuş eksternlər mayın 6-dan 8–dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biliblər.
İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.
Mənbə:> ANSPRESS