Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək
Prezident İlham Əliyev “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” fərmana dəyişiklik edilməsinə dair fərman imzalayıb.
Virtualaz.org-un məlumatına görə, fərmanda qeyd olunub ki, dövlət ali təhsil müəssisəsinə rektor 5 il müddətinə təyin ediləcək.
Bu fərmanın 1-ci hissəsində təsbit edilən müddəa bu fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunur.
Mənbə:> Virtualaz.org