Bakıda 11 məktəbə yeni direktor təyin edildi
Bakıda 11 məktəbə yeni direktorlar təyin olunub.
AzNews.info xəbər verir ki, bu barədə Report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.
“Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.
Mənbə:> Report