Bakıda imtahan nəticələri ən pis olan rayonlar açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Bakıda imtahan nəticələri ən pis olan rayonlar açıqlandı

Bakıda imtahan nəticələri ən pis olan rayonlar açıqlandı


Bu il doqquzuncu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən Bakıda ən yaxşı nəticəni Səbail, Xətai və Nizami rayonları göstərib.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bildirib.

“Son üç yerdə isə Pirallahı, Xəzər və Suraxanı rayonları təşkil edib. Son illərlə müqayisədə şagirdlərin imtahan nəticələrində aşağı göstəricilər 0,54 faiz yaxşılaşıb, müvəffəq qiymət alan şagirdlərin göstəriciləri 2,16 faiz yaxşılaşıb”.

Məhəbbət Vəliyeva onu da vurğulayıb ki, 2016/2017-ci tədris ilk müqayisədə bu 2017/2018-ci tədris ilində müəllimlərinə sayında 0,3, şagirdlərin 4,5 faiz artım müşahidə edilir:

“Bu tədris ilində təhsil alacaq şagirdlərin 83 faizi Azərbaycan bölməsi,17 faizi rus bölməsi üzrə qeydə alınıb”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *