DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi
Ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.
Bu barədə virtualaz.org-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilir ki, imtahanın Apellyasiya Komissiyasına 208 şagird və ya abituriyent ərizə ilə müraciət edib. Onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
Mənbə:> Virtualaz.org