Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi mayın 6-da ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.
Oxu.az-ın məlumatına görə, imtahan Bakı şəhərində 3 binada aparılır və bütün binalarda saat 11:00-da başlanır.
SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Qeydiyyat SOCAR tərəfindən aparılmış və müsabiqədə iştirak etmək üçün 1695 nəfər müraciət edib. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri və 114 nəzarətçi-müəllim ayrılıb.
İmtahanın müddəti 1 saatdır.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Mənbə:> Oxu.Az