Sinoptiklər sabaha nə vəd edirlər?
İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturunun gecə 20-23°, gündüz 27-32° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaq.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Temperaturun gecə 18-23°, gündüz 28-33° isti olacağı gözlənilir, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mənbə:> Oxu.Az