Milli Məclisin deputatına ağır itki üz verdi
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramova ağır itki üz verib.
AzNews.info Modern.Az-a istinadən xəbər verir ki, deputatın həyat yoldaşı Tirsa Abramova uzun sürən ağır xəstəlikdən sonra 63 yaşında vəfat edib.
Mərhumun İsraildəki klinikalardan birində müalicə aldığı bildirilir.
Məlumatı "AZİZ" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından tədqiləyiblər.
Tirsa Abramova Azərbaycanda anadan olub, o, son vaxtlar İsraildəki Tirat-Karmel şəhərində yaşayırdı. Yevda və Tirsa Abramovların nikahından 4 övladları var.
Mənbə:> Modern.az