Bakıda dəhşətli yanğın » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda dəhşətli yanğın – VİDEO

Bakıda dəhşətli yanğın

Bu gün Bakının Gəncə prospektində baş verən dəhşətli yanğın söndrülüb.

Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, Xətai rayonundakı 269 saylı orta məktəbin yaxınlığındakı boş ərazidə başlayan yanğının qarşısı hadisə yerinə çağırılmış FHN-in 4 yanğınsöndürmə maşınının köməyi ilə alınıb.

Çox maraqlıdır ki, bu, həmin ərazidə baş vermiş ilk belə yanğın deyil. Ətraf binalarda yaşayan sakinlərin dediyinə görə, bu ərazidəki yaşıllıqları yanğınlar vasitəsilə məhv edərək orada bina tikmək istəyən işbazlar var.

* * *18:02

Bu gün paytaxtın Xətai rayonu Gəncə prospekti kənarında yanğın baş verib.

Yanğın mədrəsənin və yeni tikilən binaların yaxınlığındakı boş sahədə başlayıb. Şahidlərin dediyinə görə, bura otluq ərazi olduğundan alov qısa zamanda yayılmağa başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov qismən söndürülüb. Amma bəzi hissələrdə alov yenidən baş qaldırır.

Polis hadisə yerini nəzarətə alıb, hadisə yerinə yaxınlaşan ətraf binaların sakinləri oradan uzaqlaşdırılıb.

Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi də hadisə yerinə gəlib. Amma hələlik rəsmi məlumat almaq mümkün olmayıb ("Azadlıq" radiosu).

Xətai Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına onlarda bu barədə hər hansı məlumatın olmadığını dedilər.

"Mən növbəni indi qəbul etmişəm. Gəncə prospektində nə baş verdiyi haqda məlumatım yoxdur" - deyə Xətai RİH mərkəzi aparatından telefon zəngimizə cavab verən şəxs bildirdi.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *