Yol polisindən sürücülərə xəbərdarlıq
Bu gün və sabah (iyunun 21-də) Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
ANS PRESS-in məlumatına görə, “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində keçiriləcək velosiped yarışları ilə əlaqədar paytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu Ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bülbül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində bu gün saat 05:30-dan 21:00-dək və iyunun 21-də saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, həmin küçə və prospektlərin bəzilərində nəqliyyatın hərəkəti yalnız birtərəfli istiqamətdə mümkün olacaq. Hüseyn Cavid prospektindən Parlament prospekti, İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə, Abbasqulu Ağa Bakıxanov küçəsindən İnşaatçılar prospektindən Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsinədək və Neftçilər prospektindən Nobel prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.
Bununla yanaşı, yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov küçələrindən keçməklə Tbilisi prospektinə, oradan isə istənilən istiqamətə hərəkət edə bilərlər.
Mənbə:> ANSPRESS