«Dostluq» parkında villaların söküntüsü dayandırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

«Dostluq» parkında villaların söküntüsü dayandırılıb – FOTO

«Dostluq» parkında villaların söküntüsü dayandırılıb


Əməkdaşımız məmurların mülklərini qoyub qaçdığı ərazidən yazır Torpaqları qanunsuz satmaqda ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün "Bizim Yol"un əməkdaşı Bakının Şıx çimərliyi ilə üzbəüz yerləşən "Dostluq" parkında olub. Müşahidə etdik ki, park ərazisində və ona bitişik sahədə hələ də onlarla dəbdəbəli villa var. Xatırladaq ki, Prezident İlham Əliyev "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən parkın ərazisindəki villaların bir neçəsi sökülüb.

Müşahidə etdik ki, hazırda villaların sökülməsi prosesi dayandırılıb, parkın ərazisi hasara alınır. Burada çalışan iş icraçıları qısa müddətə hasarlanmanın başa çatacağını bildirdilər.
Onun da şahidi oldum ki, parkın ərazisində bünövrəsi qoyulan şəxsi evlərin istinad divarları sökülüb. Amma hələ də "Dostluq" parkında yaşayış olan və tikintisi yarımçıq qalan villalar var, amma onlarda iş dayandırılıb. Parkın ətrafında yeni ağaclar əkilib. Amma park da baxımsız vəziyyətdədir. Parkın qapılarının bağlanması Avropa Oyunlarına daxil olan velosiped yarışının ərazidə yerləşən Veloparkda keçirilməsi ilə əlaqələndirildi.

Parkın ətrafında yerləşən şəxsi evlərə yaxınlaşdım. Döydüyüm qapılardan yalnız biri üzümə açıldı. Söhbət etdiyim ev sahibi ərazidə söküntü işlərinin davam edəcəyini dedi.

"Bu ərazidə yerləşən villaların sökülməsinə başlananda burada televiziya jurnalistləri də var idi. Çox maraqlıydı ki, söküntüyə heç kim etiraz etmədi. Deyirlər ki, qanunla dəniz sahilindən 200 metr aralıda tikinti aparılmalıdır. Bu məsafə daxilində tikinti aparılması qanunsuzdur. Buna baxmayaraq bizim evimiz qanunidir, sənədlidir. Qanun hamıya şamil edilirsə, o zaman dəniz sahilindən 200 metr daxilində tikintinin aparılmasına qadağa qoyulsun.

Söküntü zamanı yerli icra hakimiyyətinin və bələdiyyənin nümayəndələri də əraziyə gəlmişdi. Biz sakinlər öz narahatlığımızı bildirəndə onlar bizə dedilər ki, yalnız qanunsuz tikilən villalar söküləcək. Onların sayı 40-dan artıq olduğu bildirilir. Hazırda söküntü dayandırılıb. Bununla Avropa Oyunları ilə əlaqələndirirlər", -deyə ev sahibi Eldar İsmayılov bildirdi.

Onun sözlərinə görə, o, villalar parkın ətrafındakı yaşıllıqlar qırılaraq tikilib. E.İsmayılov qonşuluğundakı villalardan birinin generala, digərinin yüksək vəzifəli bir şəxsə aid olduğundan xəbərdar olduğunu dedi.

DİN-in dünən yaydığı məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Dostluq" parkının ərazisinin qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən iş adamı saxlayıb. Həmin şəxs 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğludur. O, tutularaq istintaqa cəlb edilib və barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 20-də Azadlıq prospektində yanan yaşayış binası ilə bağlı yaradılmış dövlət komissiyasının iclasında bu villalardan danışıb: "İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyktləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, "Dostluq" parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın... Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz "Dostluq" parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər".

«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb
«Dostluq» parkında villaların söküntüsü dayandırılıb

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *