Avropa Oyunlarının açılışı günü Bakıda hava necə olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Avropa Oyunlarının açılışı günü Bakıda hava necə olacaq?

Avropa Oyunlarının açılışı günü Bakıda hava necə olacaq?


İyunun 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *