Bakının mərkəzində yanğın olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakının mərkəzində yanğın olub – FOTO (YENİLƏNİB)

Bakının mərkəzində yanğın olub


FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2150 kv.m olan “MƏRKƏZİ” kafenin vestibülünün tavanı 72 kv.m sahədə yanıb.

Yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən Bristol mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb.

Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunub.

10.06.2015

Bu gün axşam saatlarında Bakının mərkəzində, Səbayil rayonu Məmməd Əmin Rəsulzadə küçəsində yaşayış binasında yanğın baş verib.

Hadisə şahidlərinin Oxu.Az-a verdikləri məlumata görə, yanğın keçmiş “Azərbaycan” kinoteatrı ilə üzbəüz yerləşən binanın ikinci mərtəbəsində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

Alovun ram edilməsi istiqamətində işlər aparılır.

Bakının mərkəzində yanğın olub
Bakının mərkəzində yanğın olub

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *