Saymon Kleqq: Biz ən yaxşı Avropa Oyunlarını təşkil edəcəyik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Saymon Kleqq: Biz ən yaxşı Avropa Oyunlarını təşkil edəcəyik

Saymon Kleqq: Biz ən yaxşı Avropa Oyunlarını təşkil edəcəyik


Üzərimə böyük məsuliyyət qoyulub, cəmi 23 yaşı olan və özünü beynəlxalq oyunçu kimi təqdim etməyə çalışan gənc ölkə üçün mühüm əhəmiyyət kəsb edən lahiyə axı mənə tapşırılıb.

Mənə elə gəlir ki, 387-ci qeyri-azərbaycanlı, 43 millətin nümayəndəsi olan 1300 üzvümüzlə birlikdə Azərbaycanın beynəlxalq nüfuzuna görə məsuliyyət yükünü çiyinlərimdə gəzdirirəm. Biz tarix yaradırıq – həm idman, həm də Azərbaycan üçün.

Oxu.Az xəbər verir ki, bu barədə “Naşa qazeta”ya müsahibəsində Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) rəhbəri Saymon Kleqq bildirib.

Oyunların aktuallığından danışan S.Kleqq qeyd edib ki, olimpiya dünyası beş qitəyə bölünür:

“Şimali və Cənubi Amerikanı birləşdirən Panamerikan Oyunları, eləcə də Asiya Oyunları 1951-ci ildən mövcuddur. 1970-ci illərdən Ümumafrika, 1980-ci illərdən isə
Okeaniya ölkələri Oyunları keçirilir. Güclü idman və kommersiya qüvvəsinə baxmayaraq, Avropada bu günədək idmanın müxtəlif növlərinin iştirakı ilə Avropa Oyunları yox idi, baxmayaraq ki, bu barədə danışıqlar bir neçə onillik ərzində aparılırdı.

Buna görə də, bəxtimiz çox gətirdi ki, İlham Əliyev ölkə prezidenti olmazdan əvvəl Azərbaycan Olimpiya Komitəsinə başçılıq edib. O, idmanın nə demək olduğunu və onun siyasi məqsədlərə çatmaq üçün necə istifadə edilə biləcəyini gözəl anlayır. Mənim bununla heç bir problemim yoxdur”.

Azərbaycanın Oyunların keçiriləcəyi ilk ölkə qismində seçilməsi barədə sualı cavablandıran Kleqq qeyd edib ki:

“Həyatda əməllərinə görə mükafatlandırmaq vacibdir, buna görə də, ilk növbədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, ikincisi isə prezident Əliyevin üzərində götürdüyü öhdəliklərə sadiq olmasını qeyd etmək lazımdır.

O demədi ki, “Biz bunu edərik”, o dedi ki, “Biz bunu 30 ay ərzində edəcəyik” – yay yaxud qış Olimpiya oyunlarına hazırlıq üçün normal dövr olan yeddi ilə yox, 30 aya.
O, stadionun və digər idman qurğularının inşasına şəxsən nəzarət edir və öz həyat yoldaşı, Birinci xanımı Təşkilat komitəsinin rəhbəri təyin edib”.

Saymon Kleqq özünü xoşbəxt insan adlandırır:

“Mən gecələr sakit yatıram, çünki əla komandam var, 20 mənə tabe olan direktor çalışır. Gənclər və idman naziri, Oyunların CEO-su Azad Rəhimov, həmçinin Birinci xanım mənə çox dəstək göstərirlər.

Bütün problemlər dərhal həll olunmur. Lakin mən inanıram ki, biz kifayət qədər təcrübəli və lazımlı komandaya sahibik, bu komandaya həm əcnəbilər, həm də çoxları Qərbdə təhsil almış və yeni biliklər qazanmağa can atan gənc, istedadlı azərbaycanlılar daxildir”.

Buradakı işinin qərb yoxsa Azərbaycan üslubunda təşkil olunması barədə sualı isə Kleqq belə cavablandırıb:

“Əgər ofisimizə gəlsəniz görəcəksiniz ki, o, tamamilə qərbyönümlüdür: açıq məkan, hamı ingiliscə danışır, bu zaman kimsə öz aralarında azərbaycanca, kimsə rusca ünsiyyət saxlaya bilər. Tapşırıqların yerinə yetirilməsi üsulubu və sürətinə gəldikdə isə, bir misal çəkim.

Bakıya qayıtdıqdan qısa bir zaman sonra nazir Rəhimova dedim: “Bizim gözəl, yeni ofisimiz var, lakin problem ondadır ki, nahar üçün yaxınlıqdakı ticarət mərkəzinə getməli olan əməkdaşlarımız yolu qaçıb keçməli olurlar. Orada piyada keçidi çəkmək yaxşı olardı”.

Növbəti gün səhər saat 7-də piyada keçidi artıq hazır idi! Beləliklə də, Azərbaycanda hər şey çox sürətlə baş verir”.

Kleqqin sözlərinə görə, o, Bakıdakı Oyunların idmançıların yaddaşında fantastik hadisə kimi qalmasını istəyir:

“Onlar bunun əla olduğunu söyləsələr, bu, Avropa Oyunlarının gələcəyini təmin edəcək, digər idmançılar gəlmək istəyəcək, KİV yarışları işıqlandıracaq, kommersiya sponsorları cəlb olunacaqlar.

Bundan başqa, istəyirəm ki, Azərbaycanın gözəl insanları ölkələrində edilənlə qürur duysunlar, axı onlar həmişəlik tarixə ilk Avropa Oyunlarını qəbul etmiş xalq kimi daxil olacaqlar. Biz bütün zamanların və xalqların ən yaxşı Avropa Oyunlarını təşkil edəcəyik!”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *