Sabah Azərbaycanda hava küləkli və yağışlı olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Azərbaycanda hava küləkli və yağışlı olacaq

Sabah Azərbaycanda hava küləkli və yağışlı olacaq


İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq.

Çimərliklərdə dəniz suyunun temperaturu 18-21 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *