Varlı məmur balalarına zərbə: 850 lüks maşın nəzarətə götürüldü
Məlumata görə, polis paytaxt Tehranda yol hərəkəti qaydalarını pozan zəngin məmur övladlarının maşınlarını saxlayıb.
Tehran polisinin şefi Teymur Hüseyni açıqlamasında 850 lüks avtomobili nəzarətə götürdüklərini bildirib: “Ötən həftə müddətində yol polisləri qayda pozuntular səbəbi ilə 850 lüks maşını cərimə meydançasına aparıblar. Bu şəxslər təhlükəli və həddən artıq sürətdən istifadə edərək digər sürücü və piyadalar üçün problem yaradırlar. Təhlükəli maşın sürən zəngin məmur övladlarına qarşı mübarizəyə başlamışıq. 24 saat reyd apardıqdan sonra kifayət qədər qayda pozan şəxsləri saxladıq”.
İranın dini lideri Ayətullah Əli Xameneyi də məsələyə münasibət bildirib: “Bəzi zəngin uşaqları küçələrdə bahalı avtomobilləriylə gəzir. Bu da cəmiyyətdə psixoloji narahatlığa yol açır”.
Qeyd edək ki, ölkə ərazisində lüks maşınların artımı və tıxacların yaranması, eyni zamanda təhlükəli zəngin sürücülər millət vəkilləri, dövlət nümayəndələri tənqid olunur (qafqazinfo.az).
Mənbə:> Virtualaz.org