Nazir liftdə qaldı
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu liftdə qaldı.
ANS PRESS-in məlumatına görə, hadisə Bursa vilayətində nazirin açılış üçün getdiyi binada baş verib.
Bursanın Mustafakamalpaşa rayonunda məhkəmə binasının açılışında iştirak edən nazir Müezinoğlu daha sonra prokurorun xidməti otağına getmək üçün Bursa meri, bələdiyyə sədri və prokurorla birlikdə liftə minib.
Qapısında “Yaşlılar və əlillər üçün” – yazılmış lift üçüncü mərtəbəyə çatmadan ilişərək dayanıb.
Texniki əməkdaşlar liftin qapısını açaraq naziri və bərabərindəki heyəti çıxarıb.
Məlum olub ki, lift üçüncü mərtəbəyə çatmağa 20 cm qalmış dayanıb.
Mənbə:> ANSPRESS