Qızıla pul verməyin, çünki...
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology" bu günün qoroskopunu təqdim edir.
Qoç - Gün bütün mənalarda əlverişlidir. Əsas məsələ yenilik və qeyri-ənənəvilikdən qorxmamaqdır. Bütün kəşflər yaxşı, bütün eksperimentlər uğurlu, bütün ideyalar heyranlığa layiqdir. Diqqət mərkəzində olsanız da, uğurlarınız həsəd yaratmayacaq. Hamı başa düşəcək ki, həm qələbəyə, həm də mükafata layiqsiniz.
Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq.
Buğa - Ötən günlə müqayisədə bu gün daha uğurlu olacaq. Əlverişli şərait yaranacaq, hətta, kimsə mane olmağa çalışsa belə, uğura asanlıqla nail olacaqsınız. Ətrafdakılara təsiriniz güclənəcək, yeni müttəfiqlər, həmfikirlər və pərəstişkarlar yaranacaq. İşlə bağlı köhnə münaqişələrin yoluna qoyulması mümkündür. Vəzifə artımı da istisna deyil.
Əgər yaxınlarınıza qarşı səbr və yumşaqlıq göstərsəniz, şəxsi həyatınızda problemlər olmayacaq. Sadəcə olaraq, "milçəkdən fil düzəltməyin". Əgər bunsuz mümkün deyilsə, onda heç olmasa, "bala fil"lə kifayətlənin.
Əkizlər - Maliyyə baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırma və faydalı sövdələşmələr əldə etmək yox, həm də çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.
Xərçəng - Kifayət qədər çətin gündür. Mənfi tendensiyaların təsirlərinin öhdəsindən gəlmək üçün bütün gücünüzü səfərbər etmək lazım gələcək. Başqalarının səhvlərinə görə məsuliyyəti öz üzərinizə götürməyə, layiq olmadığınız qınaqlara qulaq asmağa hazır olun.
Öz qayğınıza qalın və bunu eqoizm ifadəsi hesab etməyin. Sizə müsbət emosiyalar çox lazımdır. Paltar və ayaqqabı almaq olar. Lakin zərgərlik məhsullarına pul xərcləməyə dəyməz – tezliklə onu sizə hədiyyə edəcəklər.
Şir - İşdə ciddi problemlər yarana bilər. Sizin mövqeləriniz möhkəm deyil və istənilən bədxahınızın ciddi zərbəsi ilə üzləşməyiniz mümkündür. Hətta ən sadə işlərdə səhvlərə yol verirsiniz və sonra onlara görə cavab verməli olursunuz. Səhvlərinizin diqqətdən yayınacağına bel bağlamayın.
Şəxsi həyatda dəyişikliklər həvəsi sizi düşünülməmiş hərəkətlərə doğru sürükləyir. Məhz bu səbəbdən yeni münasibətlərə başlayır və onların etibarsızlığından şübhələnmirsiniz. Əgər mənfi tendensiyaların təsirindən ziyan çəkmək istəmirsinizsə, hər addımınızı ölçüb-biçin, az da olsa riskli görünən istənilən işdən imtina edin.
Qız - Çox məhsuldar və iş uğurları vəd edən gündür. Gündəlik işlərin öhdəsindən çox gözəl gələcəksiniz və həlli yaradıcı yanaşma tələb edən məsələlərdə özünüzü yaxşı tərəfdən göstərəcəksiniz. Bu bürcün rəhbər nümayəndələri öz işçilərinə etibar edə bilərlər: onların səliqəsinə, səyinə və icraçılığına şübhə etməyə dəyməz.
Şəxsi həyatda yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər baş verəcək. Həm kəsilmiş münasibətlərin bərpası, həm mövcud münasibətlərin möhkəmlənməsi, həm də yeni münasibətlərin qurulması üçün əlverişli gündür. Hər şey yalnız sizin istəyinizdən asılıdır.
Tərəzi - Seçdiyiniz istiqamətdə hərəkəti davam etdirin, mövqelərinizi möhkəmləndirin. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür.
Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz.
Əqrəb - Diqqətinizi böyük səylər hesabına əldə etdiklərinizi itirməməyə yönəldin. Təəssüf ki, bu gün belə təhlükə var. Uzud müddətdir ciddi-cəhdlə hörmətini qazandığınız müttəfiqləriniz sizi pis vəziyyətdə qoya bilərlər.
Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişiklik mümkündür. Sağlam düşüncə nümayiş etdirin, riskli və təhlükəli addımlardan uzaq olun. Əqrəb valideynlər bu gün övladlarına qarşı xüsusilə diqqətli olmalıdırlar. Çünki onlara istənilən an kömək lazım ola bilər.
Oxatan - İşdə çox ehtiyatlı və diqqətli olun! Müəyyən təhlükə mövcuddur. Lakin təhlükənin haradan gəldiyini müəyyən etmək asan deyil. İndi siz bədxahlarınızı müttəfiqlərinizdən ayıra bilməyəcəksiniz. Çünki onların hər ikisi özünü qəribə aparır. Sadəcə olaraq, baş verənləri müşahidə edin və tezliklə düzgün nəticə çıxara biləcəksiniz.
Emosional diskomfort hiss edirsiniz. Bundan xilas olmaq üçün dostların, imkan olsa, əks cinsin nümayəndələrinin əhatəsində olmağa çalışın. Flirtlə məşğul olmaq olar. Lakin ciddi romantik münasibətlərin başlayacağına ümid etməyə dəyməz.
Oğlaq - Çox və inadla işləyirsiniz. Bu, sizin peşəkarlıq gələcəyinizə təsir imkanları olan adamların diqqətindən yayınmır. Bu gün özünüzə müttəfiqlər seçə bilərsiniz. Müttəfiqlik üçün daha enerjili, nüfuzlu, həm özünün, həm də sizin qayğınıza qala biləcək şəxslərə üstünlük verin.
Tezliklə şəxsi həyatınızda yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər baş verəcək. Lakin hələlik hadisələri tələsdirməyə ehtiyac yoxdur. Unutmayın ki, bu gün qəbul edilən qərarların nəticəsi olacaq. Bu nəticələrin pis və yaxşı olması sizdən asılıdır.
Dolça - Bədxahların hücumlarından qorunmaq üçün zəhmət çəkməli olacaqsınız. Mövqeləriniz möhkəm deyil. Ona görə də ayıq-sayıq olmasanız, çox şey itirə bilərsiniz. Yaradıcılıq potensialı yüksək deyil. Bu gün öz fikirlərinizi həyata keçirməyə cəhd etməkdənsə, başqalarının ideyalarından yararlanmaq məsləhətdir.
Yaxınlarınız tərəfindən pislənəcək və tənqid olunacaq hərəkətlərdən uzaq olun. Düşünməyin ki, hansısa pis əməllərinizi gizli saxlaya bilərsiniz. Bu gün gizli olan şeylərin üstü mütləq, özü də dərhal açılacaq. Vaxtilə çox ciddi, eyni zamanda iztirablı əlaqələrinizin olduğu adamla görüşünüz mümkündür. Romanı oyatmağa çalışmayın: ikinci cəhd birincidən yaxşı olmayacaq.
Balıqlar - Ambisiyalı və işgüzar Balıqlar peşəkar qələbələrə və vəzifə artımına ümid edə bilərlər. Bu məsələdə çoxsaylı faydalı tanışlıqlarınız da köməyə çatacaq. Kömək və hamilik üçün sizə yaltaqlananlar olacaq. Hiyləgərlərin tələsinə düşməməyə çalışın.
Valideynləriniz və ya başqa yaşlı qohumlarınızla bağlı xəbərlərə sevinəcəksiniz. Ailə işləri ilə təkbaşına məşğul olmalı olmayacaqsınız. Bu məsələdə yaxınlarınız sizə dəstək verəcəklər.
Mənbə:> Milli.Az