Kəbədə sökülən Osmanlı tağları yerinə qoyuldu – FOTO
Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Kəbə ətrafında Həram-i Şərif-i genişləndirmə işləri zamanı sökülən Osmanlı dövrünə aid tağlar yerlərinə bərpa edilib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, tağlar prezident Rəcəb Tayyib Ərdoğanın başladığı işlərdən sonra yerinə qaytarılıb.
Qeyd edək ki, Kəbədə genişləndirmə işləri bir neçə ildir başlayıb. Bu layihəyə görə, Kəbənin 770 000 nəfərin təvaf etdiyi 356 000 kvadratmetrlik ərazisi 1.2 milyard möminin təvaf edə biləcəyi 456 000 kvadratmetrə çatdırılacaq.
Lakin bu tağların uçurdulacağı ilə bağlı xəbərlər böyük qalmaqala səbəb olmuşdu. Bu şayiədən sonra o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğan da işə başlamışdı.
Abidələr Türkiyədən Ərəbistana gedən memar, mühəndis və tarixçilərdən ibarət 200 nəfərlik qrup tərəfindən əslinə uyğun olaraq bərpa edilib və yerinə yerləşdirilib.
Kəbə ətrafındakı tağların hazırlanması Sultan II Səlimin dövründə başlayıb, oğlu Sultan III Muradın zamanında tamamlanmışdı.
Mənbə:> ANSPRESS