Salyanlı qadın Bakı polisini aldatdı
Bakıda polisə müraciət edən qadının yalan ifadə verməsi üzə çıxıb.Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırılmaq yolu ilə qızıl, geyim və məişət əşyalarının oğurlanmasını bildirib.
Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı A.Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib.
Toplanmış material rayon prokurorluğuna göndəriləcək.
Mənbə:> Oxu.Az