Qızlar haqqında şayiələr yayılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Qızlar haqqında şayiələr yayılacaq

Qızlar haqqında şayiələr yayılacaq


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology" bu günün qoroskopunu təqdim edir.

Qoç - aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də, soyuqqanlı və təmkinli olun.

Məkrli bədxahların təxribatlarına uymayın.
İşlə bağlı məsələləri telefon danışıqları və ya yazışma ilə yox, bilavasitə görüşdə müzakirə edin.

Günün ikinci yarısı faydalı məlumatlar vəd edir.

Yeni nəyəsə öyrənə bilərsiniz. Təşəbbüsünüz yox, xoş təsadüfə borclu olduğunuz maraqlı tanışlıqlar baş verəcək.

Buğa - ən çətin problemləri özünüz yaradacaqsınız. Yerdə qalan müşküllərə çox fikir verməyin.

Yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətin deyil.

Sadəcə, siz buna can atmırsınız. Başqasının fikrinə laqeyd yanaşmayın. Ətrafınızdakı insanların mövqelərini nəzərə alın.
Müstəqil iş, öz layihələrinizin gerçəkləşdirilməsi üçün yaxşı gündür.

Günün ikinci yarısında maliyyə durumu əlverişli olmayacaq. Bunu anlayın və alış-verişi təxirə salın.
Çətin anlarda yardım üçün dostlardan birinə üz tuta bilərsiniz.

Əkizlər - var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır.

Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın.

Optimal çözüm yolunu seçə bilərsiniz.
Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişlidir.

Romantik görüş, dost məclisi, korporativ tədbirə qatılın.
İstənilən şəraitdə yaxşı təsir bağışlamağa can atın.

Xərçəng - ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın.

Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə edəcəksiniz.

İşdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə təmaslarda diqqətli və həssas olun. Sərt danışmayın, sözləriniz neqativ reaksiya yaratmasın. Zarafatlarınıza sərhəd qoyun.
Yaxınlarınıza diqqətlə yanaşın, qayğı bəsləyin. Amma hamiliyiniz ifrata varmasın.

Şir - başqalarının bacarmadığı işə başlayaraq müsbət nəticə əldə edə bilərsiniz.

İşi görəndən sonra soyuqqanlı olun. Əks təqdirdə yeni tapşırıq alacaqsınız.
Yardıma ehtiyacı olanlar sizə üz tuturlar. Başqalarının problemləri ilə məşğul olaraq bütün vaxtınızı bu işə ayırsanız, öz müşküllərinizin çözülməsinə zaman qalmayacaq.

Günün ikinci yarısı iri layihəyə başlamaq, anlaşma imzalamaq, iş yerinin dəyişdirilməsi və ya daşınmaz əmlak almaqla bağlı müzakirələr üçün düşərli zamandır.
Maraqlarınızın təminatını unutmayın.

Gün gərgin keçsə də, çox yorulmayacaqsınız. Xoş əhvalda olun. Axşam saatlarını ailə üzvləri, sevdiyiniz insanla birlikdə keçirin.

Qız - geniş dünyagörüşü və zəngin təxəyyülünüz çətin məsələlərin həlli, sədlərin dəf edilməsində dadınıza çatacaq.

Böyük uğurlara nail olmağınız bədxahlarınızın neqativ reaksiyasına səbəb olacaq, onlardakı paxıllıq yanğısını daha da gücləndirəcək. Haqqınızda axmaq şayiələr yayılacaq, dedi-qodu obyekti olacaqsınız.

Sakit olun, hövsələli davranın. Kimsə sizə ziyan vurmağa çalışsa da, mövqeyi və sözü sizin üçün önəm kəsb edən insanlar sayğıya layiq olduğunuza qətiyyən şübhə etməyəcəklər.

Kimin sizə dost, kimin də düşmən olduğunu günün ikinci yarısında anlayacaqsınız. Konkret şəxsin xətrinə dəydini, kiməsə heç bir əsas olmadan inandığınızı biləcəksiniz.

Səhvləri aradan qaldırmaq gec deyil

Tərəzi - ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.

Maliyyə və əmlakla bağlı xoşagəlməz xəbərlər istisna deyil.
Yaranmış problemləri həll etmək üçün hadisə yerində olmalısınız.

İnsanların gur olduğu yerlərdən kənarda çalışın, tədbirlərə qatılmayın. Belə tədbirdə narahatlıq hissinin yaranması, kiminləsə sərt danışmağınız istisna deyil.
Alış-verişdə bədxərclik etməyin.

Əqrəb - bu gün dəf edə bilməyəcəyiniz səd, aşmayacağınız maneə yoxdur. Təxəyyül və bacarıqlarınız sərhəd tanımır. Enerjiniz də az deyil. Məhz bu səbəbdən də qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz.

Yeni tanışlıqlar yaranır. Bu gün başlayacaq münasibətlər uzunmüddətli olmasa da, müsbət emosiyalar bəxş edəcək.

Səyahətə və ya səfərə hazırlaşırsınızsa, gərəkli əşyaları alın.
Günün ikinci yarısında dost məclisinə qatıla bilərsiniz.

Oxatan - çətinliklər qarşısında geri çəkilməyin, ruhdan düşməyin.

Sədlər və maneələri qətiyyətlə dəf edin. İşdə ciddi uğurlar əldə etmək şansı var. Gözlənilməz işgüzar təklif istisna deyil. Həmin təklifi qəbul etsəniz, potensialınızı tam miqyasda reallaşdıra bilərsiniz.

Münasibətlərdə və təmaslarda həssas, diqqətli, nəzakətli olun. Kobudluğu unutsanız, nüfuzlu şəxsdən dəstək alacaqsınız.
Anlaşmalar və iri həcmli iş, sifariş və ya layihəni reallaşdırmaq, alış-veriş etmək üçün əlverişli zamandır.

Günün ikinci yarısında ev işlərinin həcmi gözlədiyinizdən, güman etdiyinizdən də artıq olacaq.

Təlaşa düşməyin: ailə üzvləri və yaxınlarınız sizə nəzarət edəcəklər.
Sevdiyiniz insanlarla dil tapın, onların qarşılaşdığı problemlərin həllinə qatılın.

Oğlaq - səhər saatları genişmiqyaslı layihə çərçivəsində çalışmaq, mürəkkəb məsələləri həll etmək üçün əlverişli zamandır.

Özünüzə və potensialınıza güvənsəniz, çətin vəziyyətlərdən çıxış yolu tapacaqsınız. Yardım çağırışınızı dostlar eşidəcəklər.
Günün ikinci yarısı romantik təmaslar və şəxsi münasibətlərdə irəliləyiş üçün əlverişlidir.

Günün ikinci yarısında mənfi təmayüllərin təzahür zamanıdır. İşdə və ya evdə çətinlik yarana bilər.

İllüziyalara qapılmaqdansa, dərhal fəaliyyətə başlayın və konkret nəticələrə can atın.

Dolça - mühüm qərarların qəbul edilməsi üçün əlverişli gün deyil.

Emosiyaların təsiri altına düşsəniz, soyuqqanlı davranaraq məntiqli qərarlar qəbul edə bilməyəcəksiniz. Problemlərinizi yaxın ətrafınızdakı, inandığınız insanlarla bölüşün. Yaxşı məsləhət ala bilərsiniz.

İş yerini dəyişmək, təmirə başlamaq, alış-veriş etmək üçün münasib vaxt deyil.

Diqqətli olsanız, ətrafınızdakı insanların sizə münasibətini anlayacaqsınız.
Axşam saatlarını sakit istirahətə, qüvvələrin bərpasına həsr edin.

Balıqlar - hər şey istədiyiniz kimi, hətta daha yaxşı ola bilər. Gözlənilməz işgüzar təklif ala bilərsiniz. Gəlir də istisna deyil.

Yeni işə başlamaq və ya biznesə start vermək üçün əlverişli zamandır.
Yaradıcılıq potensialı yüksəkdir. Yaxşı ideyalar da qıt deyil.

Günün ikinci yarısı xoş görüşlər vəd edir. Dostlar və qohumlarla ünsiyyət pozitiv emosiyalara səbəb olacaq.

Romantik təmaslar ümidlərinizi doğruldacaq.
Çoxdan gözlədiyiniz etiraf və ya təklifi eşidəcəksiniz.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *