Metropolitendən deputata cavab » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Tarix

Metropolitendən deputata cavab

Metropolitendən deputata cavab


Bakı metropoliteni rəhbərliyindən millət vəkili Fazil Mustafanın yazdığı tənqidə aydınlıq gətirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, əslində metropolitan rəhbərliyi Məhəmmədəmin Rəsulzadəyə qarşı heç bir təhqiramiz hərəkətlər etməyib.

“Məhəmmədəmin Rəsulzadənin büstü deponun qarşısına uzun illər bundan əvvəl qoyulub. Həmin büst çox keyfiyyətsiz materialdan hazırlanmışdı. Demək olar ki, yararsız vəziyyətdə idi. Metropoliten ərazisində, o cümlədən deponun ərazisin bərpa və yenidənqurma işləri aparılır. Həmin ərazidə də təmir işlərinə başlanılıb. İşlər çərçivəsində büst oradan götürülüb. Onu bərpa etmək mümkün olmadı. Bu səbəbdən büstü götürdük. Həmin əraziyə Məmmədəmin Rəsulzadənin yeni büstünün qoyulması isə planlaşdırılmır”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Məmmədəmin Rəsulzadənin Bakı Metropoliteninin ərazisində qoyulan abidəsinin uçurulmasını kəskin tənqid edib.

“Məmmədəmin Rəsulzadənin “Bakmil” metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstü bu günlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb.

Burada böyük Azərbaycan liderinin xatirəsinə sayğısızlıq, istiqlal tariximizə qarşı hörmətsizlik, millətimizə qarşı ədəbsizlik kimi bir davranışın olduğunu xatırlatmağa xüsusi zərurət duymuram. Bir həqiqəti bilirəm ki, Allahın ucaltdığını kmisə alçalda bilməz, Allahın alçaltdığını kimsə ucalda bilməz. Rəsulzadə bu miləlt üçün Allahın bəxş etdiyi bir dəyərdir və ayrı-ayrı naqis davranışlarla onu aşağlamaq mümkün deyildir.

Ancaq burada bir ciddi məqam var. Metropolitenin rəisi bu hərəkəti ilə həm də ölkə prezidentinə meydan oxuyub. Bildiyimiz kimi, prezident İlham Əliyev ötən il Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə təqdir olunası bir sərəncam imzalamışdı. Həmin sərəncamda Rəsulzadənin irsinin öyrənilməsi, əsərlərinin nəşri, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu.

Üstəlik də sərəncamda Rəsulzadənin büstünün və ya abidəsinin dağıdılması barədə hansısa göstəriş, işarə, ideya yox idi və ola da bilməzdi. Çünki prezidentin eyni sayğını böyük şəxsiyyətimiz Əlimərdan bəy Topçubaşiyə də göstərdiyni imzaladığı başqa bir sərəncamdan da bilirik.

Belə olan halda Zaur Hüseynovun hərəkəti prezidentin sərəncamına qarşı hörmətsizlik deyil, bəs nədir? Prezidentin sayğı göstərdiyi, yubileyini dövlət səviyyəsində qeyd etməyi tapşırdığı bir tarixi şəxsiyyətə hansısa bir məmurun hörmətsizlik göstərməsinin adı nədir? Bu səviyyəsiz hərəkət haqlı olaraq cəmiyyətimizin sağlam düşüncəli insanlarında etiraz doğurur və biz də bu etirazlara qoşuluruq”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *