Su kəməri partladı, ev gölə döndü – Bakıda
Bu gün səhər saatlarında Bakıda evin içi 1 metr hündürlüyündə su ilə dolub.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub. Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaradan vətəndaş evdən çıxa bilməyib. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açıb və vətəndaşı xilas edib. Əməliyyat saat 07:04-də başa çatıb.
Mənbə:> Qafqazinfo.az