Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb ediləcəklər: Nazir əmr imzaladı
Azərbaycanda gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb ediləcəklər.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı əmr imzalayıb. Əmrdə koordinatorlara Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü faəliyyət üçün müəyyən edilmiş yerlərin say həddi barədə təkliflər hazırlamaq tapşırılıb.Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova və Azərbaycan Tibb Univesitetinin Dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzov könüllülərlə iş üzrə koordinatorlar vəzifəsinə təyin ediliblər. Əmrə əsasən, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlanacaq, könüllü fəaliyyət sahəsində görülmüş işlər barədə rübdə bir dəfə Prezident Administrasiyasına məlumat təqdim ediləcək. Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.
Mənbə:> Virtualaz.org