Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü


Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib.

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *