Əfv sərəncamının icrası başa çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Əfv sərəncamının icrası başa çatdı

Əfv sərəncamının icrası başa çatdı

Martın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra olunub.

Virtualaz.org bildirir ki, sərəncamın icrası Milli Məclis deputatlarının, Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, Əfv komissiyası üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 9, 10, 11, 15, 16, 17, Bakı İstintaq Təcridxanası və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən qadınlar, ahıllar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər.

Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəhbərliyi, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Ombudsman Aparatının əməkdaşları və digərləri Novruz bayramı münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıblar. Çıxış edənlər bu humanist aktın mahiyyəti və əhəmiyyətə barədə danışıblar. Vurğulayıblar ki, əfv sərəncamı bir qayda olaraq, cəzaçəkmə müəssisələrində nümunəvi davranışları ilə fərqlənən, həqiqətən islah olunmuş məhkumlara şamil edilir. Əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətə adaptasiya olacaqlarına əminlik ifadə edilib.

Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmini istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 16-da imzaladığı və ümumilikdə 431 nəfərə şamil olunmuş əfv sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir...

Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.

Xatırladaq ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər sərəncama əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən, üç nəfər islah işləri, bir nəfər ictimai işlər, 12 nəfər isə cərimə cəzasından azad edilib. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *