Mənsum İbrahimov: Prezident bildirdi ki, bundan sonra görüləcək işləri siz deməlisiniz » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Mənsum İbrahimov: Prezident bildirdi ki, bundan sonra görüləcək işləri siz deməlisiniz

Mənsum İbrahimov: Prezident bildirdi ki, bundan sonra görüləcək işləri siz deməlisiniz


Ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş Azərbaycan mədəniyyəti və incəsənətinin gələcək inkişafında öz müsbət və əvəzsiz rolunu oynacayaq.

Bunu Oxu.Az-a açıqlamasında adıçəkilən görüşün iştirakçılarından olan tanınmış sənətkar, Xalq artisti Mənsum İbrahimov deyib.

Ölkənin mədəniyyət və incəsənət aləminin tanınmış insanlarının bir qrupu ilə keçirilən görüşü müsbət qiymətləndirdiyini, tarixi hadisə hesab etdiyini bildirən Xalq artisti qeyd edib ki, bu tipli görüş ilk dəfə idi keçirildi:

“Mən şəxsən bir sənət adamı, muğam ifaçısı kimi bu görüşü tarixi, əvəzsiz bir görüş kimi dəyərləndirirəm.

Bu görüş başdan-ayağa səmimiyyət üzərində qurulmuşdu, hər kəsə öz sözünü çatdırmaq, problemləri, narahatlıq doğuran məqamları dilə gətirmək üçün əla şərait yaradılmışdı.

Təbii ki, öncə dövlət başçısı özü son illər ərzində görülən işlərdən, o cümlədən, tələbələrin təqaüdlərinin, əməkhaqlarının, pensiyaların artırılmasından, problemli kreditlərlə bağlı analoqu olmayan fərmanın imzalanmasından və məsələlərdən danışdı.

Hətta qeyd etdi ki, bundan sonra nələr görülməlidir, onu da siz özünüz deməlisiniz. Ölkə başçısı çıxışında muğam müsabilqələrinə xüsusilə toxundu və qeyd etdi ki, canlı yayımda göstərilən muğam müsabiqələri çox böyük auditoriya yığır.

O, özünün də həmin müsabiqələri izlədiyini qeyd edərək, “biz də baxırıq, bilirəm ki, vətəndaşların mütləq əksəriyyəti baxır…” - deyə, bildirdi və bununla bir daha Azərbaycan muğamına özünün yüksək münasibətini ortaya qoydu.

Görüşdə həmçinin yaradıcılıq ittifaqlarının rəhbərləri - Xalq yazıçısı Anar, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Şəfiqə Məmmədova və digərləri öz sahələrinin problemlərindən danışdılar, təkliflərini səsləndirdilər.

Səhv etmirəmsə, Firəngiz xanım özəl televiziyalarda da bədii şuraların yaradılması təklifini səsləndirdi və bu məsələ həssaslıqla qarşılandı, tövsiyə edildi ki, AzTV ilə yanaşı digər özəl kanallar da bu formatdan istifadə etsinlər. Bildiyiniz kimi, AzTV-də artıq Bədii Şura yaradılıb, fəaliyyətdədir.



Amma onu da deyim ki, AzTV-də Azərbaycan mədəniyyəti və insənəti ilə bağlı məsələlər yerli-yerindədir. AzTV-də yüngül, bayağı musiqiyə heç zaman yol verilmir. Bir dənə də olsun belə bir nümunəyə rast gəlmək mükün deyil.

Amma orada da bir qədər canlanmaya ehtiyac var.

Bağayı musiqilər, bayağı musiqiçilər, bayağı söhbətlər daha çox özəl kanallarda olur, baş verir. İnsanlar da bununla bağlı zaman-zaman öz narahatlıqlarını, etirazlarını ifadə ediirlər. Bu baxımdan, artıq özəl kanallarda da belə bədii şuralara ehtiyac var.

Bununla yanaşı görüşdə gənclərin, gənc sənətçilərin, xüsusilə, aktyorların durumu dilə gətirildi. Çünki digər sahənin insanları ilə müqayisədə kino sahəsinin insanları bir qədər çətin durumdadır, əməkhaqları istənilən səviyyədə deyil. Onlar əslində çox fədakar insanlardır. Bu baxımdan onların da məsələləri dilə gətirildi və dövlət başçsı tərəfindən diqqətə, qeydə, nəzərə alınıdı.

Ona görə hesab edirəm ki, bu görüşün Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında çox böyük rolu olacaq.

Özü də maraqlı məqamlardan biri budur ki, dövlət başçısı bu görüşün sonuncu görüş olmadığını, gələcəkdə də davamlı olacağını bildirdi, bu da hər bir mədəniyyət, incəsənət adamına çox böyük ruh verdi”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 12 mart 2019 19:34
  • Yazan: Dixie
online cialis http://cialsonlinebei.com buy
cialis

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *