Babək prospektində su borusu partlayıb

Bakının Babək prospektində su borusu partlayıb.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, su xəttinin partlaması nəticəsində yolun hərəkət hissəsini su basıb.
Borunun partlaması həmin yolda nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.
Mənbə: Oxu.Az