Fədayə Laçınla birlikdə həbs olunan avtoritet şikayətçi deyil – MƏHKƏMƏ
Bu gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Prosesdə məlum olub ki, Əli Ağami apellyasiya şikayəti verməyib.
Məhkəmə baxışı martın 11-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov doqquz il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev doqquz il, Əli Ağami 20 il, Günay Atakişiyeva altı il, Aqil Nəcəfov doqquz il, İsrafil Soltanov yeddi il, Məhəmməd Hacıyev yeddi il, Tərlan Zeynalov yeddi il, Şahmar Əzizadə yeddi il, Anar Əsgərov isə yeddi il müddətinə azadlıqdan məhrum ediliblər.
Müğənni Fədayə Laçın isə beş il müddətinə azadlıqdan mərhum olunub.
Mənbə:> Oxu.Az