Putinin imzası olan köhnə maşın 20 min avroya satıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Putinin imzası olan köhnə maşın 20 min avroya satıldı

Putinin imzası olan köhnə maşın 20 min avroya satıldı


Vyanada keçirilən hərracda Avstriya xarici işlər naziri Karin Knayslın toy kabrioleti satılıb.

Kurier nəşrinin yazdığına görə, “Volkswagen Beetle” markalı avtomobilin banında Knayslın toyunda iştirak edən tanınmış qonaqların, o cümlədən Rusiya prezidenti Vladimir Putinin imzası var.

Avtomobil 20 min avroya satılıb. Onu alan şəxs adının açıqlanmasını istəməyib.

Bildirilir ki, avtomobilin satışından əldə olunan vəsait xeyriyyə məqsədi ilə xərclənəcək.

Xatırladaq ki, K. Knayslın iş adamı Volfqanq Maylinqerlə toyu ötən ilin avqust ayında baş tutub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *