Nadir sitrus bitkisi Azərbaycanda da yetişdirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Nadir sitrus bitkisi Azərbaycanda da yetişdirilir

Nadir sitrus bitkisi Azərbaycanda da yetişdirilir


Lənkəranda 100 hektardan artıq sahədə nadir sitrus bitkisi olan hallabonq əkilib.

Bu barədə AzNews.info Trend-ə istinadən xəbər verir.

Bildirilib ki, meyvənin yığım vaxtı digər sitrus bitkilərindən fərqlənir:

“Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, hallabonq meyvəsinin yığımına dekabrın 25-dən sonra başlanır və yığım bir ay davam edir.

2016-cı ildə 15 hektar ərazidən 10-12 ton məhsul yığılmışdı. 2017-ci ildə isə əlavə olaraq 18,7 hektar, digər sahədə isə 15,3 hektar hallabonq əkilib. Bu il isə həm sahə çoxdur, həm də məhsuldarlıq”.

Qeyd edək ki, “hallabonq” və ya “dekopon” adlandırılan nadir sitrus bitkisi dünyada cəmi 5 ölkədə, o cümlədən, Azərbaycanda yetişdirilir.

Meyvənin vətəni Yaponiyadır. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin Amerika Birləşmiş Ştatları və Braziliyada yetişdirilməsinə başlanıb.

Meyvə 2015-ci ildə Azərbaycana gətirilərək Lənkəranda əkilib. Həmin il Lənkəranda 15 hektar sahədə hallabonq əkilib və müsbət nəticə əldə olunub.

Hallabonqun çəkisi 350-400 qram arası dəyişir, forması armudvaridir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *