Novxanıda Məmmədəmin Rəsulzadənin yeni barelyefi quraşdırılıb
Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məmmədəmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub.
Qəsəbə icra nümayəndəliyindən virtualaz.org-a verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Mənbə:> Virtualaz.org