Bakı-Sumqayıt qatarının sürət həddi endirildi
Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib.
Bunu virtualaz.org-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, bu, hava şəraiti ilə əlaqədardır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
Mənbə:> Virtualaz.org