Azərbaycan yağı Yerevanda təşvişə səbəb oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto, Video

Azərbaycan yağı Yerevanda təşvişə səbəb oldu – VİDEO + FOTO

Azərbaycan yağı Yerevanda təşvişə səbəb oldu

Sosial şəbəkələrin erməni seqmentində Azərbaycandan gətirilmiş kərə yağının Yerevanda satılması haqqında məlumat fəal şəkildə yayılmaqdadır.

Virtualaz.org xəbər verir ki, vətəndaş cəmiyyətinin fəalı Sona Agekyan yazır: “Yeni il sürprizi. Bəli-bəli, Ermənistan paytaxtının dükanlarının piştaxtalarında “qardaş Azərbaycan”ın yüksək keyfiyyətli kərə yağını almaq olar. Lakin təəssüflə deməliyəm ki, əslində bu spreddir və məncə, ermənilər üçün zərərlidir”.

Sübut kimi qadın məhsulu videoya çəkib və şəkillərini paylaşıb. Bu materiallara görə, “Moskovskoye” adlı yağ Azərbaycanın “Farmer” şirkəti tərəfindən qablaşdırılıb.

Sona adlı qadının yazısına Ermənistan Milli Elmlər Akademiyasının (MEA) Ekoloji-Noosfer Tədqiqatları Mərkəzinin qida zəncirləri riskinin qiymətləndirilməsi departamentinin rəhbəri David Pipoyan cavab verib. O bildirib ki, Yerevanın bir çox mağazalarını gəzib, lakin heç bir yerdə bu yağa rast gəlməyib.

Azərbaycan yağı Yerevanda təşvişə səbəb oldu
Azərbaycan yağı Yerevanda təşvişə səbəb oldu


“Dekabrın 30-da biz mağazaları gəzdik. Heç bir yerdə bu cür qablaşdırmada yağa rast gəlmədim. Bu gün üç rayonda yerləşən mağazalarda da belə yağ yox idi”, - Pipoyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

O əlavə edib ki, məsələ ilə əlaqədar dövlət orqanlarına müraciət ünvanlayıb.

Xatırladaq ki, bu, Azərbaycan məhsullarının Ermənistanda təşvişə səbəb olduğu ilk hal deyil. Daha öncə Ermənistandakı mağazalarda Azərbaycan çayə və almalarına rast gəlinmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *