Bakıda pirotexniki vasitə turistin əlində partladı, iki barmağı kəsildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda pirotexniki vasitə turistin əlində partladı, iki barmağı kəsildi – VİDEO

Bakıda pirotexniki vasitə turistin əlində partladı, iki barmağı kəsildi

Yeni il axşamı Bakıda pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə 31 dekabr tarixində axşam saatlarında Bakıda baş verib. 34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə əlində partlayıb. Nəticədə həmin şəxsin sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər.

Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib. Həkim-cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həmin şəxs pirotexniki vasitədən düzgün istifadə etmədiyi üçün bədbəxt hadisə baş verib.

Qeyd edək ki, bayramdan öncə Fövqəladə Hallar Nazirliyi pirotexniki vasitələrdən istifadə zamanı onun hər an həyati təhlükə yaradacağı haqda dəfələrlə xəbərdarlıqlar etmişdi.



Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *