2019-cu ilin ən çox gözlənilən avtomobillərinin adları açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

2019-cu ilin ən çox gözlənilən avtomobillərinin adları açıqlandı

2019-cu ilin ən çox gözlənilən avtomobillərinin adları açıqlandı

"Business Insider" portalı avtomobil bazarının 2019-cu il üçün ən çox gözlənilən modellərinin adını açıqlayıb.


Siyahıya 40 minik avtomobili, yük maşını və yolsuzluq avtomobili daxil edilib.

2019-cu ildə “Audi” bazara sedanların yenilənmiş versiyalarını buraxacaq: "A6", "A7" və "A8". Bundan əlavə, şirkət yenilənmiş yolsuzluq avtomobili "Q8"in və elektrik mühərrikli "E-Tron"un satışına başlayacaq.

"BMW"dən avtomobil həvəskarları yeni "3 Series" sedanı, "8 Series" kupesi və "Z4" roadsterini gözəyirlər. Bundan əlavə, gələn il bazarda yeni nəsil "X5" yolsuzluq avtomobilləri və "X7" flaqmanı da olacaq.

Yığcam krossover "XT4" "Cadillac"ın model sırasına əlavə olunacaq. "Honda" isə avtomobil bazarına "Passport" krossoverini buraxacaq.

"Hyundai"da öz növbəsində yeniliklər təqdim edəcək - hidrogen ilə işləyən "Nexo" krossoveri və 8 yerli "Palisade", həmçinin "Santa Fe" yolsuzluq avtomobilinin yeni modeli.

Bundan əlavə, 2019-cu ildə "Land Rover Defender" yolsuzluq avtomobili və ikinci nəsil "Range Rover Evoque" krossoveri də satışda olacaq.

"Lincoln" "Continental" sedanını, "Aviator" yolsuzluq avtomobilini və "Nautilus" krossoverini bazara çıxaracaq.

"Mercedes-Benz" A-klassda yeni sedan, "AMG GT" idman avtomobilini, yeni nəsil "GLE" yolsuzluq avtomobilini, elektik mühərrikli "EQC"ni və yenilənmiş "G-Wagon"u təqdim edəcək.

"Porsche" öz növbəsində üçüncü nəsil "Cayenne" modelini, səkkizinci nəsil 911 modelini və elektrik mühərrikli "Taycan" modelini təqdim edəcək.

8 illik fasilədən sonra satışa yenidən "Ford"un "Ranger" pikapı daxil olacaq. Avtosalonlara "Jeep Gladiator" və "Kia K900" gələcək.

Trend bildirir ki, bundan əlavə, avtomobil həvəskarları "Lamborghini Urus" krossoverini, yığcam "Lexus UX", "McLaren"in 720S idman avtomobilinin yeni versiyasını, "Ram 1500" pikapını, "Rolls-Royce"dan yeni "Cullinan", "Tesla"dan "Model Y", "Toyota Supra", "Volkswagen Arteon" və "Volvo V60" universalını əldə edə biləcəklər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *