Aqil Acalov:Memarlıqdan dövlət başçısına qədər gəldiyi yol onu müdrik,uzaqgörən siyasətçilərdən etdi
"Heydər Əliyevin ilk peşəsi memarlıq olub və bu çox açıq aydın görünür ki,elə yeni müstəqil Azərbaycanında memarı özü oldu” bu sözləri Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti,iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov saytımıza bildirib:
Heydər Əliyev həm öz dövrünün həmdə yenilənməkdə olan müasir dövrümüzün qurucusudur.Dünyaca güclü liderlər bir müddət sonra özünü fikirləşir,xalqı unudur,ölkəsini çıxmazlara sürükləyir biz bunları görmüşük,oxumuşuq,eşitmişik. Lakin dünya elə liderlərdə qazanıb ki,tarixlər boyu millətinin bütövlüyü,ölkəsinin rifahı üçün çalışıb məs bu dahilərdən biridə ümumillilider Heydər Əliyevdir. Güclü siyasətçilər nadirən olub ki,öyrətdikcə öyrədib hətda ən böyük dövlətlərin liderləridə Heydər Əliyev siyasətindən bəhrələnib.
1923-cü ildə çox kasıb fəhlə ailəsində doğulmuşdu öz dövrünün çətin şərtlərinə baxmayaraq biran belə dayanmadan öz üzərində çalışıb. Memarlıqdan dövlət başçısına qədər gəldiyi yol onu müdrik,uzaqgörən siyasətçilərdən etdi.Bəli Heydər Əliyevin ilk peşəsi memarlıq olub və bu çox açıq aydın görünür ki,elə yeni müstəqil Azərbaycanında memarı özü oldu. Ulu öndərin siyasi fəaliyyəti 1964-cu ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin 1-ci müavini olaraq başladı.Daha sonra 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən ölkəyə ard-arda yeniliklər gətirdi. Bakı neft ölkəsidir və bu səbəblədə bir çox ölkənin gözü Bakıda idi hələ Heydər Əliyevin respublikiya birinci rəhbərlik dövründə Bakı sadəcə neft mərkəzi kimi deyil bütün sahələrdə adətə yüksəliş yaşamışdı. Sovet əsarətindən sıxılan Azərbaycan üçün o,adəta xalqa ümid idi,istər aqrar sahədə,istər ölkə iqtisadiyyatında,istər elm sahəsində,istər səhiyyədə müxtəlif yeniliklər gətirdi. Bütün bunlar DTK-da katib işləyərkən başlamışdı sadəcə neftlə gəliri olan Azərbaycan ağ qızılı ilədə sürətlə gücündən bəhs etdirirdi. Bu bəllidir ki,uğur qazanan insanlar zamanla sınaqlara çəkilir,istənmir,müəyyən kütlə tərəfdən qıcıqla qarşılanır Heydər Əliyevdə bu yoldan keçən müdriklərdən idi. 1987-ci ildə məlum siyasi gərginliklərin tüğyan etməyə başladığı və eyni zamanda hələ qarşıkı illərdə Azərbaycan üçün çətinləşən vaxtda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.Beləliklə ulu öndərin Azərbaycana 1-ci rəhbərlik dövrü bitir.
Onun Azərbaycana 2-ci rəhbərlik dövrü isə 1990-cı ildən başlayır get-gedə artan münaqişələr və Moskvadan təzyiqlər şiddətli hal alırdı. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb. Həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub, Ali Sovetin sessiyalarında fəal iştirak edib.AXCP-Müsavat cütlüyünün səriştəsizliyi,ölkədə baş verən xaos sanki, ulu öndərin birinci dəfə respublikiya rəhbərlik etdiyi dövrdəki islahatlardan əsər-əlamət qalmamışdı. Sanki, Bakı o,Bakı deyildi müasirlikdə MDB ölkələri arasında yarışan paytaxtımız hər sahədə tənəzüllə uğrayırdı digər tərəfdən isə ölkənin hər bölgəsində vətəndaş, qardaş qırğını baş verirdi. Azərbaycan xalqı 1993-cü ilin iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Azərbaycan bir tərəfdən öz tarixi torpağı olan Dağlıq Qarabağı itirir, digər tərəfdəndə yaşanacaq daha böyük təhlükələrin astanasında idi. Həmin dövrdə Heydər Əliyevin proseslərə fəal müdaxiləsi nəticəsində ölkədə siyasi situasiya dəyişir. Azərbaycanın o zamankı rəhbərliyi, başda prezident Əbülfəz Elçibəy olmaqla H.Əliyevi rəsmən Bakıya dəvət edir. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayır.1993-cü il Oktyabrın 3-də isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilir.Bütün fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycan üçün çalışır zəifləməkdə olan ölkəni yenidən dirildir,yenidən quruculuq işləri aparır. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Digər tərəfdən isə Azərbaycan nüfuzunu dahada genişləndirdi elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu tez bir zamanda Azərbaycanı beynəlxalq mühitdə güclü göstərməyə başladı. Buna misal olaraq 1994-cü il sentyabrın 20-də Əsrin Müqaviləsi Azərbaycanı dünyaya tanıdan həmdə gücləndirən ən böyük tarixi hadisə oldu. Eyni zamanda təcavüzkar silahlı qüvvələrin qarşısı məharətlə alındı 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
Hazırda Azərbaycanın ən böyük ölkələr cərgəsində birinci olmağı məs ulu öndər siyasətinin davamıdır. Zaman dəyişir,tarix təzələnir bizim nəsildən nəsilə ötürdüyümüz Azərbaycan artıq böyük forumların,idman yarışlarının,tədbirlərin keçirildiyi məkandır. Bütün dünyanın gözü bizim ölkəmizdədir siyasi gərginləşmələrin baş aldığı müasir dövrümüzdə ən stabil,müstəqil,tolerant ölkə olaraq digər ölkərə nümunəyik. Bütün bu sadaladığım və daha çoxu bizə dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdən mirasdır bu gün biz bu mirası gözbəbəyi kimi qorumalıyıq.Artıq ulu öndərin vəfatından 15 il ötür bu 15 il ərzində Azərbaycanda saysız-hesabsız yenidənqurma işləri görüldü bunların elə ən başlıcası 2016-cı ildə tarixə 4günlük aprel döyüşlərini yazdıq Cəbrayılın Cocuq Mərcanlı kəndi erməni separatçılarından azad oldu.Bunun ardınca isə 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı düşməndan azad olundu. Zənnimcə bütün bunlar ulu öndər ruhuna hörmətin və onun qoyduğu izlə addımlamağın davamıdır.
Mənbə:> AzNews.info