Bu gündən taksidə siqaret çəkənlər cərimələnəcək
Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ekspert Ərşad Hüseynov yayıb. O bildirib ki, bu gündən etibarən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə alıb: “İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər”.
Mənbə:> Qafqazinfo.Az