Bakı metrosunun sərnişinlərinə işıq saçan qolbaqlar veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bakı metrosunun sərnişinlərinə işıq saçan qolbaqlar veriləcək

Bakı metrosunun sərnişinlərinə işıq saçan qolbaqlar veriləcək

“Bakı Metropoliteni” QSC yeni layihə həyata keçirəcək.

Qurumdan verilən məlumata görə, dekabrın 6-da saat 14:00-da metronun “28 May” stansiyasında başlanacaq “İşıq saç, özünə yol aç” adlı aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbaqlar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.

Məlumatda bildirilir ki, dekabr ayı ənənəyə görə, qış mövsümünün başlanğıcıdır:

“Qısa günlər, qaranlıq saatların uzun olması, yol hərəkəti iştirakçılarının - küçə və yolları keçən insanlarımızın, xüsusən də sürücülərin daha ayıq-sayıq olmasını tələb edir. Mövzunun aktuallığını nəzərə alaraq, “Bakı Metropoliteni” QSC aksiya ilə metro sərnişinlərinin diqqətini bu məsələyə yönəltmək istəyir və onu ictimailəşdirməklə daha geniş əks-səda doğuracağına ümid edir”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *