Bakının bəzi ərazilərində qrunt sularının səviyyəsi qalxıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakının bəzi ərazilərində qrunt sularının səviyyəsi qalxıb

Bakının bəzi ərazilərində qrunt sularının səviyyəsi qalxıb

Bakıda bəzi ərazilərdə qrunt sularının səviyyəsində qalxma müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, Bakının Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi yüksəlir.

Şuşa şəhərciyi subasma sahəsində, Daş Karxanası yaşayış massivində də atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb.

Sabunçu rayonunda Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Xəzər rayonunun Qala qəsəbəsində də eyni səbəbdən qrunt sularının səviyyəsi qalxır.

Binəqədi rayonunda Binəqədi 1-ci mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində artım qeydə alınır.

Qeyd edilib ki, adı çəkilən ərazilərin hamısında subasma prosesinin dinamikasında stabil gərgin vəziyyət müşahidə olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *