Bakıda işlənmiş maşınların qiyməti bahalaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakıda işlənmiş maşınların qiyməti bahalaşacaq

Bakıda işlənmiş maşınların qiyməti bahalaşacaq

Dekabrda Bakının avtomobil bazarında işlənmiş maşınların müxtəlif markalarında qiymət artımı gözlənilir.

Bununla bağlı oxu.az-a “Bakı avtomobil satışı mərkəzi”ndən məlumat verilib.

On ildir avtomobil alqı-satqısı ilə məşğul olan Zamir Musayevin sözlərinə görə, ənənəvi olaraq Yeni il ərəfəsində avtomobil bazarında canlanma müşahidə edilir.

“Əgər buna 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək yeni gömrük rüsumlarını da əlavə etsək, bir sıra avtomobillərin qiymət artımının qaçılmaz olduğunu görərik. Alverçilər bazarda canlanma gördükdə süni olaraq qiymətləri qaldırırlar”, - Z.Musayev deyib.

O, əlavə edib ki, mühərrikinin həcmi 2.0-dan yuxarı olan avtomobillərin qiymətləri 20 faiz arta bilər.

“Bu gün azərbaycanlı alıcılar daha az həcmli mühərriklərə üstünlük verir. Əksinə, mühərrikinin həcmi 5.0 olan cipləri satmaq çox çətindir və düşünürəm ki, bu avtomobillərinin qiymətlərində dəyişiklik olmayacaq”, - Z.Musayev əlavə edib.

Analoji fikirlər nəqliyyat sahəsindəki ekspertlər tərəfindən də dəstəklənib. Analitiklərin fikrincə, Azərbaycanda hər il dekabrın sonlarında avtomobillərdə süni qiymət artımı müşahidə edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *