Bakı və Sumqayıtda marşrut avtobusları piyadaları vuraraq öldürüb
Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Daha bir anoloji hadisə isə Sumqayıt şəhərinin Babək küçəsində qeydə alınıb. Oktyabrın 19-da saat 7 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org