Sabah Bakıda 20 dərəcə isti olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Bakıda 20 dərəcə isti olacaq

Sabah Bakıda 20 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza görə, oktyabrın 16-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi və iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *