Qəbələdə ərəblərin kirayə qaldığı ev yandı
Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.
”Report” xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.
Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report