Ekspertlər: London suyun altında qalacaq

Qlobal istiləşmə səbəbi ilə Böyük Britaniya paytaxtı daşqınlar təhlükəsi ilə üz-üzə qalacaq.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə “Xristian yardımı” təşkilatının məruzəsində bildirilir.
Ekspertlərin rəyinə əsasən, ABŞ-ın Hyuston, Tailandın Banqkok və Çinin Şanxay şəhərləri də daşqınlara məruz qalacaq.
Qlobal istiləşmədən sonra dəniz suyunun səviyyəsinin ən azından 40 santimetr artacağı ehtimal olunur.
Mənbə: Oxu.Az