Fazil Məmmədov istefa verdi
Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən ayrılıb.
Oxu.Az-a federasiyadan verilən xəbərə görə, F.Məmmədov səhhəti ilə əlaqədar olaraq may ayında istefa ərizəsi yazıb.
Prezident əvəzi isə I vitse-prezident vəzifəsində çalışan Namiq Əliyevdir.
Qeyd edək ki, sabiq vergilər naziri olan Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.
Mənbə:> Oxu.Az