Sabah Bakıda hava yağmursuz keçəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Bakıda hava yağmursuz keçəcək

Sabah Bakıda hava yağmursuz keçəcək

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Oktyabrın 2-3-də Abşeron yarımadasında sabit hava şəraiti və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *