“Toppuş bacı”: Pulları Zaur kimə istəyir, versin – VİDEO
“Bizimləsən” proqramında xeyriyyə marafonu ilə pul yığıb, ipotekada olan evinin ödənişini bağlamağa çalışan Əməkdar artist Tünzalə Əliyeva ünvanına yazılan təhqirlərdən söz açıb.
Oxu.Az xəbər verir ki, aktrisa veriliş zamanı onun üçün yığılan puldan imtina etmək istədiyini söyləyib.
“Fikirləşdim ki, görəsən, mən tamaşaçılara bu qədərmi özümü yaxşı tanıda bilmədim? Görəsən, harada səhv elədim ki, mənə bunları yazdılar? Evdə də çox dedik. Bəlkə, çəkilim bu yoldan. Ailəmiz, sambalımız. Ailəlikcə utandıq. Düşündüm, geri çəkilsəm, daha yaxşıdır. O məbləği də Zaur kimə istəyir, versin. Amma sonra yol boyu buraya gələ-gələ fikirləşdim ki, 10 nəfər saxta profil açıb mənim haqqımda neqativ sözlər yazırsa, onlar mənim tamaşaçım ola bilməzlər”, - deyə Tünzalə söyləyib.
Qeyd edək ki, insanlar Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınamışdılar.
Mənbə:> Oxu.Az